Bakı-Quba yolu ilə hərəkət edən sürücülərin NƏZƏRİNƏ!backend

Bakı-Quba yolu ilə hərəkət edən sürücülərin NƏZƏRİNƏ!

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 10-16-cı km-lik hissəsində yol-nəqliyyat hadisələri zamanı sıradan çıxmış əyrixətli dəmir tirlərin təmiri və dəyişdirilməsi işlərini aparır.

KONKRET.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Bildirilir ki, sözügedən işlər bu gün saat 10:00-dan 16:00-a qədər aparılacaq.

Agentlik sürücülərə sözügedən ərazidə hərəkətdə olarkən müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini tövsiyə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*