Ali Baş Komandan İlham Əliyev Tərtərin Suqovuşan kəndi də daxil olmaqla 8 kəndin azad olunduğunu elan edib.
Bu, Azərbaycan xalqını sevincə boğub. Komendant saatı olmasına baxmayaraq, insanlar bu möhtəşəm xəbəri qeyd etmək üçün küçələrə axışıb.
Paytaxtda isə insanlar sevinclərini Tovuz döyüşlərinin şəhidi, polkovnik İlqar Mirzəyevin evinin qarşısına toplaşmaqla yaşayıblar. “Şəhidlər ölməz, Vətən bölünməz”, “İlqar, sən bizim fəxrimizsən!” şüarları səsləndirən sevincli sakinlərə şəhidimizin oğlu Elvin Mirzəyev də qoşulub.
Şəhid komandirin oğluna Azərbaycan bayrağı hədiyyə edilib.