Yazıçı, əməkdar jurnalist Yunis Orucovun MİMTA Yayınlarında nəşr olunan “Zəfəran ətri” romanı işıq üzü görüb.
KONKRET.az bildirir ki, tarixi-bioqrafik səciyyə daşıyan əsərdə yazıçı şəxsi yaddaşı milli yaddaşa çevirib.
“Nargin – saralmış kədər”, “Boraltan – azadlığın tələsi” və “Tunel” romanlarının da müəllifi olan Yunis Orucovun yeni əsəri müəllifin tarixi yaddaş, insan taleləri və milli kimlik mövzularına müraciətinin davamı olmaqla Qərbi Azərbaycan həqiqətlərinin ədəbi müstəvidə yaşadılmasına töhfədir.

