Edi Rama: Ukraynaya Aİ-yə üzvlüklə bağlı verilən vədlər yalandırbackend

Edi Rama: Ukraynaya Aİ-yə üzvlüklə bağlı verilən vədlər yalandır

Albaniyanın Baş naziri Edi Rama Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı səsləndirilən vədləri tənqid edib.

KONKRET.az xəbər verir ki, Edi Rama bu barədə Welt am Sonntag nəşrinə müsahibəsində danışıb.

O bildirib ki, standart prosedur və Ukraynanın mövcud meyarlar əsasında heç vaxt quruma üzv qəbul edilməyəcəyini iddia edib.

“Ukraynaya vəd edilənlər yalandır. Bunu hamı bilir. Adi üzvlük prosesi və bütün meyarlar nəzərə alınmaqla, Ukrayna heç vaxt Aİ-yə qəbul edilməyəcək. Bunu hər kəs bilir”, – deyə o bildirib.

Albaniyanın Baş naziri Ukraynanın Aİ-yə üzvlük perspektivini Almaniyanın birləşməsi prosesi ilə müqayisə edib. Onun sözlərinə görə, Berlin divarının süqutundan sonra Almaniyanın keçmiş kansleri Helmut Kol Şərqi Almaniya sakinlərinə birləşmə üçün əvvəlcə 33 danışıqlar mərhələsindən keçməli olduqlarını deməyib.

Qeyd edək ki, Albaniya da Avropa İttifaqına üzv olmağa çalışır. Ölkə 17 il əvvəl Aİ-yə üzvlük üçün müraciət edib, 12 ildən çox əvvəl isə namizəd statusu qazanıb. Albaniya ilə üzvlük danışıqları 2022-ci ildən aparılır.

Xatırladaq ki, bundan əvvəl Avropa Komissiyasının üzvü Marta Kos Ukraynanın sürətləndirilmiş prosedurla Avropa İttifaqına qəbul edilməsinin mümkün olmadığını bəyan edib.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*