Bakı sakinlərinə vacib xəbər var – Bu gecədən…backend

Bakı sakinlərinə vacib xəbər var - Bu gecədən...

Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yerləşən dairə (Karl Marks dairəsi) aparılacaq təmir-tikinti işləri ilə əlaqədar olaraq bu gecədən etibarən (fevralın 5-dən 6-na keçən gecə) bağlanacaq.

KONKRET.az xəbər verir ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkəti müvafiq olaraq Atatürk prospekti (Ayna Sultanova) və Əli Mustafayev küçəsi (Xutor dairəsi) istiqamətinə yönəldiləcək.

Təmir-tikinti işləri sözügedən hissədə avtonəqliyyat vasitələrinin sıxlığını azaltmaq məqsədi ilə aparılacaq və qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır.

Bu üzdən sürücülərdən diqqətli olmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Redaktor.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*