backend

Bakı-Sumqayıt yolunda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb

Bakı-Sumqayıt yolunda kommunikasiya xətlərinin dəyişdirilməsinə görə avtomobillər üçün hərəkət qismən məhdudlaşdırılıb.

Bu barədə Baş Dövlət Yol Polisi idarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev məlumat verib.

KONKRET.az-ın görə, Bakı-Sumqayıt yolunun üzü Sumqayıt istiqamətində 10.5 -ci kilometrindən 11.5 -ci kilometrinədək (Xırdalan dairəsindən Masazır dairəsi istiqmətində) olan ərazidə bu gündən etibarən təmir işləri aparıldığı üçün avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb. Təmir işləri bir neçə gün davam edəcək.

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur. (apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*