Bakı-Sumqayıt yolunda səkkiz avtomobil toqquşdu – VİDEO / YENİLƏNİBbackend

Bakı-Sumqayıt yolunda səkkiz avtomobil toqquşdu - VİDEO / YENİLƏNİB

Bakı-Sumqayıt yolunda zəncirvari qəza olub.

KONKRET.az-ın məlumatına görə, hadisə Sumqayıt şəhərindən paytaxt istiqamətinə gedən yolda qeydə alınıb.

Belə ki, yolun Beynəlxalq Avtovağzalın qarşısından keçən hissəsində səkkiz avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

İlkin məlumata görə, qəzaya səbəb yüksək sürət həddi və ara məsafənin qorunmaması olub. Qəza nəticəsində xəsarət alan olmayıb, avtomobillərə maddi ziyan dəyib.

19:31

Bakı-Sumqayıt şosesində, Beynəlxalq Avtovağzalın qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumata görə, bu səbəbdən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*