Bakı şəhərinin Sabunçu rayonunda üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 67 m² olan 3 otaqlı mənzildə yanğın baş verib. Mənzilin mətbəxində olan bütün əşyalar yanaraq sıradan çıxıb.
KONKRET.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.