Bakıda 36 yaşlı şəxsin meyiti tapılıbbackend

Bakıda 36 yaşlı şəxsin meyiti tapılıb

Bakıda mənzildə 36 yaşlı şəxsin meyiti tapılıb.

Bu barədə KONKRET.az–a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, paytaxtın Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1986-cı il təvəllüdlü Əliyev Şamil Azad oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*