Bakıda dəm qazı daha iki nəfərin həyatına son qoyub.
KONKRET.AZ xəbər verir ki, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Əliyeva Könül Elşad qızı və onun oğlu, 2007-ci il təvəllüdlü Əliyev Kərim Nail oğlu dəm qazından boğularaq ölüblər.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.
