Bakı Nəqliyyat Agentliyi daşıyıcı şirkətlərə avtobuslarda, eləcə də taksi fəaliyyəti göstərən şəxslərə avtomobillərdə şəffaf arakəsmələrin quraşdırılması ilə bağlı tələb irəli sürüb.
KONKRET.az-ın məlumatına görə, bu barədə qurumun İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində məlumat verib.
“Bu işin icrası ilə bağlı əlavə məlumat veriləcək”, – o qeyd edib.
