Bakıda avtomobilin yanması tıxaca səbəb oldu – Sürücü tapılmır / FOTObackend

Bakıda avtomobilin yanması tıxaca səbəb oldu – Sürücü tapılmır / FOTO

Bakının Xətai rayonunda yol kənarında dayanan avtomobil yanıb.

KONKRET.az APA-ya istinadla xəbər verir ki, hadisə Yusif Səfərov və Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınıb.

99-PS-156 dövlət nişanlı “Khazar” markalı maşın yol kənarında hərəkətsiz vəziyyətdə olarkən yanmağa başlayıb. Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə bölməsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub. Alov avtomobilin mühərrik hissəsindən başladığından qısa müddətdə salona keçib. Yanğın söndürülüb. Avtomobilin sahibi isə axtarılır.

Baş vermiş hadisəyə görə Yusif Səfərov küçəsindən Heydər Əliyev prospekti istiqamətində tıxac yaranıb. Əraziyə Yol Patrul və Post Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Hazırda yolda nəqliyyatın normal  hərəkətinin bərpası istiqamətində işlər aparılır.

Bakıda avtomobilin yanması tıxaca səbəb oldu – sürücü tapılmır -FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*