Bakıda bağça yaxınlığında yanğın – 50 uşaq təxliyə edildibackend

Bakıda bağça yaxınlığında yanğın - 50 uşaq təxliyə edildi

Bakı şəhərinin Sabunçu rayonunda uşaq bağçasının yerləşdiyi binaya bitişik ümumi sahəsi 25 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.

KONKRET.AZ xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanı uşaq bağçasının yerləşdiyi binadan 50 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə edilib.

Köməkçi tikilinin qalan hissəsi və bitişik bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*