Bakıda “BakuBus” qəza törətdi: Xəsarət alan var – FOTOLAR + YENİLƏNİBbackend

Bakıda “BakuBus” qəza törətdi: Xəsarət alan var - FOTOLAR + YENİLƏNİB

“Hərəkətdə olan minik avtomobili digər hərəkət zolağına keçərək “BakuBus” sərnişin avtobusuna çırpılıb”.

Bu barədə KONKRET.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

O bildirib ki, ilkin məlumata görə, günah avtobus sürücüsündə olmayıb:

“Qəza minik avtomobilinin yol hərəkəti qaydasını pozması səbəbindən baş verib. Nəticədə avtobusun sürücüsü ayağından yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır”.

***

 09:37
Bakıda “BakuBus” MMC-ə məxsus avtobus qəza törədib.

KONKRET.az xəbər verir ki, hadisə səhər saatlarında paytaxtın Füzuli küçəsində baş verib.

Belə ki, 99-JJ-825 dövlət nömrə nişanlı sərnişin avtobusu yol kənarındakı səkinin üstünə çıxıb. İlkin ehtimallara görə qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*