Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
KONKRET.az xəbər verir ki, Sabunçu rayonu ərazisində, Maştağa-Zabrat yolunda Zəminə İsmayılova idarə etdiyi avtomobillə 32 yaşlı Telman Qasımovu vurub.
Ağır xəsarət alan piyada hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanılıb, araşdırma aparılır.