Bu gün 12.30 radələrində Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzinin qarşısında – Bakı xarici dairəvi yolunun 9-cu km-də “Mersedes-Vito” markalı avtomobillə təxminən 50-60 yaşlarında olan qadın vurulub.
KONKRET.az xəbər verir ki, qadın aldığı zərbələrdən hadisə yerindəcə keçinib.
Yaşlı qadının üzərində hər hansı sənəd olmadığından onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
Qadının əynində göy şalvar, qara bolonka gödəkçə və açıq-qəhvəyi kofta olub.
Mərhumun meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Qaradağ rayon şöbəsinə aparılıb.
Faktla bağlı DİN-nin yol-nəqliyyat hadisələrinə dair istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb. Naməlum yaşlı qadının kimliyi və qəzanın təfərrüatları araşdırılır.
Polis mərhumun fotosunu yayaraq, onu tanıyanlardan DİN-nin “102” Çağrı Mərkəzinə və yaxınlıqdakı rayon polis şöbələrinə müraciət etməyi xahiş edib.

