Bakıda dönərdən zəhərlənən şagirdlərin son durumu açıqlandıbackend

Bakıda dönərdən zəhərlənən şagirdlərin son durumu açıqlandı

Bakıda dönərdən zəhərlənən 4 şagirdin müalicəsi Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında davam etdirilir.

KONKRET.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hazırda onların vəziyyəti stabildir.

Qeyd edək ki, oktyabrın 24-də Bakının Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərin şagirdləri dönərdən zəhərlənib.

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 20 uşaq ambulator müalicə üçün evə buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*