Bakıda elektrik avtobusları fəaliyyətə başladı – Marşrutların SİYAHISIbackend

Bakıda elektrik avtobusları fəaliyyətə başladı - Marşrutların SİYAHISI

Noyabrın 25-i bazar ertəsindən etibarən Bakıda müntəzəm avtobus marşrutları (1, 5, 14, 21 və 88A) üzrə BYD markalı (Çin) 160 elektrik avtobusu fəaliyyətə başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə caliber.az-a “BakuBus” QSC-nin mətbuat xidmətinin rəhbəri Əsmər Əliyeva bildirib.

Onun sözlərinə görə, avtobuslar üçün tam əsaslı qaraj infrastrukturu, o cümlədən elektrik doldurma məntəqələri yaradılıb.

Xatırladaq ki, yeni elektrik avtobusları ekoloji cəhətdən təmiz olmaqla yanaşı (Bakının atmosferinə zərərli emissiya sıfırdır), həm də çox rahatdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*