Bakıda eyni binada 60 min manatlıq FƏRQ: Səbəb nədir? – VİDEObackend

Bakıda eyni binada 60 min manatlıq FƏRQ: Səbəb nədir? - VİDEO

Eyni küçə, eyni bina, eyni ölçü və hətta eyni səviyyədə təmir. Amma qiymətlər arasında onminlərlə manat fərq var. Bakının mənzil bazarında son dövrlər daha aydın hiss olunan bu fərqin əsas səbəblərindən biri evin inşasında istifadə edilən materiallar yox, sənədləridir.

KONKRET.az “Xəzər” TV-yə istinadla xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Azadovun sözlərinə görə, çıxarışı olan həm çoxmənzilli binalardakı mənzillər, həm də fərdi yaşayış evləri alıcı üçün daha etibarlı hesab olunur.

Məhz buna görə də eyni xüsusiyyətlərə malik daşınmaz əmlaklar arasında 40-60 min manatadək qiymət fərqi yarana bilir.

 

Vətəndaşlar kənardan daha sərfəli görünən müqaviləli mənzillərə də maraq göstərirlər. Bu isə bəzi hallarda onlara baha başa gəlir. Çünki alqı-satqı zamanı hüquqi vəziyyəti tam aydın olmayan əmlakla bağlı sonradan mülkiyyət hüququnun rəsmiləşdirilməsi, satış və digər hüquqi prosedurlarda çətinliklər yarana bilər.

Buna görə də mütəxəssislər mənzil alarkən aşağı qiymətin cazibəsinə aldanmamağı, ilk növbədə əmlakın hüquqi vəziyyətini araşdırmağı tövsiyə edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*