Fövqəladə Hallar Nazirliyi Bakıda gəlin maşınının yanması faktı ilə bağlı məlumat yayıb.
KONKRET.AZ xəbər verir ki, paytaxtın Suraxanı rayonunda “Audi” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Toy üçün bəzədilmiş “Audi” markalı gəlin maşınının qəfildən alışaraq yandığı bildirilir.
