“Dərnəgül”dəki yanğın söndürüldü – YENİLƏNİBbackend

"Dərnəgül"dəki yanğın söndürüldü - YENİLƏNİB

Bakı şəhərinin Binəqədi rayonunda “Dərnəgül” metrostansiyası yaxınlığında baş vermiş yanğın söndürülüb.

KONKRET.az bu barədə FHN-ə istinadən xəbər verir.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda “Dərnəgül” metrostansiyası yaxınlığında yanğın olması barədə məlumat daxil olub.

15:10

Bakı şəhərində miqyası böyük olan yanğın başlayıb. 

Dərnəgül metrosunun yaxınlığı və 7-ci mikrarayon ərazisini qatı tüstü bürüyüb.

KONKRET.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən, təkər tullantıları yanır.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*