Bakıda həftəsonu yarmarkaları keçiriləcək – ÜNVANLARbackend

Bakıda həftəsonu yarmarkaları keçiriləcək - ÜNVANLAR

19-20 iyun tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkaları keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən KONKRET.az-a verilən məlumata əsasən, yarmarkalar Bakı və Abşeron ərazisində üç fərqli ünvanda təşkil olunacaq.

Budəfəki “Kənddən Şəhərə” həftəsonu yarmarkalarında 40-a yaxın regiondan 100-dən artıq fermer 70-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcək.

“Kənddən şəhərə” yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

– Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

– Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

– Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*