Son günlər insanlar sudan qoxu gəlməsi ilə bağlı sosial şəbəkələrdə də paylaşımlar edirlər.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı məlumat verən “Azərsu”ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı faktı təsdiq edib.
“Bunun səbəbləri barədə məlumat vermişdik. Kürdə suyun səviyyəsinin azalması ilə bağlı belə bir narahatlıq var. Suyun kəskin azalması ilə əlaqədar Kür çayının dibindəki palçığın qoxusu bir qədər hiss olunur.
Hazırda Kürdə su ən aşağı səviyyədədir. Amma, bu, suyun keyfiyyətinə qətiyyən təsir etmir. Əhaliyə verilən suyun fiziki-kimyəvi, bakterioloji göstəriciləri standartlar çərçivəsindədir. Məsələ tam diqqətimizdədir”.
