Bakıda idman zalında “eşq” – Evli olan sevgilisini qucaqlayıb belindən bıçaqladıbackend

Bakıda idman zalında “eşq” - Evli olan sevgilisini qucaqlayıb belindən bıçaqladı

Bakıda idman zalında sevgilisini bıçaqlayan qadının məhkəməsi yekunlaşıb.

KONKRET.az xəbər verir ki, hadisə ötən il qısqanclıq zəminində baş verib. Məsələ ilə bağlı başladılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Məhkəmədə dindirilən X.Cabbarova (şərti) özünü qismən təqsirli bilib:

“Həyat yoldaşımdan boşandıqdan sonra iki övladımla Moskvadan Bakıya qayıtdıq. “Memar Əcəmi” metro stansiyasının yaxınlığında yerləşən “pub”da xidmətçi kimi çalışmağa başladım. Orada bir oğlanla tanış oldum. Mənə maddi cəhətdən kömək edirdi. Onunla dostlaşdıq, münasibət qurduq, qeyri-rəsmi ər-arvad kimi yaşamağa başladıq. Evli olsa da, mənimlə yaşayırdı. İdman zallarından birini işlədirdi. Hər axşam “pub”a gəlib məni götürürdü. Sonra zala gedib orada qalırdıq.

O məni qısqanırdı. Bir dəfə zalda olanda qısqanclıq zəminində suallar verməyə başladı. Dırnaqlarımın niyə boyalı olduğunu, işdən niyə gec çıxdığımı bildirərək məni vurdu. Bu məndə əsəb yaratdığından otaqdakı bıçağı götürərək kürəyindən bir dəfə vurdum. Oradakıların köməyi ilə onu təcili yardım maşınına mindirib xəstəxanaya apardıq”.

Məhkəmədə dindirilmiş T.Qədimov (şərti) deyib ki, iki-üç ilə yaxın təqsirləndirilən şəxslə qeyri-rəsmi münasibətləri olub:

“İdman zalında öz istirahətim üçün şəxsi otaq düzəltmişdim. Aramızda tez-tez qısqanclıq zəminində mübahisələr olurdu. Sonuncu dəfə orada olanda son vaxtlar niyə mobil telefona gec cavab verdiyini soruşdum. O da mənimlə kobud tərzdə danışmağa başladı və qışqıraraq yaxşı etdiyini dedi. Dırnaqlarının niyə boyalı olduğunu soruşdum. Yenə qışqırıb söyüş söyərək yaxşı etdiyini və burada heç nə olmadığını bildirdi. Bu zaman əsəbiləşib onu itələdim. Ağlayaraq qışqırmağa başladı, mən onu qucaqladım. Bu zaman kürəyimdən bıçaqladı”.

Hadisədən sonra tərəflər barışıblar və T.Qədimov qadından şikayətçi olmayıb. Bunu nəzərə alan məhkəmə qadına şərti cəza verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*