backend

Bakıda iki avtomobil toqquşdu, 3-ü azyaşlı olmaqla 5 nəfər yaralandı

Bakının Suraxanı rayonunda iki avtomobilin toqquşması zamanı 5 nəfər xəsarət alıb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, Əmircan qəsəbəsi ərazisində “Mercedes” və “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 yaşlı Şəbiyeva Əsma Aydın qızı, 4 yaşlı Şəbiyev Hüseynəli Aydın oğlu və onların anası, 1992-ci il təvəllüdlü Şəbizadə Ülviyyə Yaşar qızı, eləcə də 4 yaşlı Eyvazova Məsumə Hüseyn qızı və 1969-cu il təvəllüdlü Əbdülkərimova Şəhla Hacı qızı xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Hər üç azyaşlıya qapalı kəllə-beyin travması, Ş.Əbdülkərimovaya döş qəfəsinin əziyi, Ü.Şəbizadəyə isə burnunun əzilməsi diaqnozu qoyulub. Azyaşlılardan Ə.Şəbiyeva və H.Şəbiyevin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Nurlan Əli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*