Bakıda iki azyaşlı qıza qarşı əxlaqsızlıq edildibackend

Bakıda iki azyaşlı qıza qarşı əxlaqsızlıq edildi

Bakının Nərimanov rayonunda iki azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edilib. 

KONKRET.az Demokrat.az-a istinadən xəbər verir ki, Bakı şəhər sakini Elşən Mirzəcanovun iki azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Elşən Mirzəcanovun barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər etmək) maddəsi ilə ittiham elan edilib.

Onun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb və baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Hafiz Kamranovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*