Bakıda kişi spirtli içkidən zəhərləndi – Vəziyyəti ağırdırbackend

Bakıda kişi spirtli içkidən zəhərləndi - Vəziyyəti ağırdır

Bakıda 40 yaşlı kişi spirtli içkidən zəhərlənib.

KONKRET.AZ “Report”a istinadla xəbər verir ki, hadisə yanvarın 24-i saat 19 radələrində, paytaxtın Xətai rayonu Q.Nəbi küçəsi ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Şahmalı Əzimov “Beer Point” kafesində 1 litr “Tradisii Belarusii” markalı araq içərək zəhərlənib.

O, spirtli içki diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Ş.Əzimovun vəziyyəti ağırdır.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*