Bakıda “Lexus” sahibi motosiklet sürücüsünü döydü – FOTO / VİDEObackend

Bakıda "Lexus" sahibi motosiklet sürücüsünü döydü - FOTO / VİDEO

Bakıda “Lexus” markalı, 10 VX 707 dövlət nişanlı avtomobilin sürücüsünün motosiklet sürücüsünü vurmasını və təhqir etməsini əks etdirən görüntülər yayılıb.

KONKRET.az xəbər verir ki, hadisə Mətbuat prospektində qeydə alınıb.

Belə ki, motosiklet sürücüsü avtomobil sürücüsünə yola görə reaksiya verib. Bundan hirslənən avtomobilin sürücüsü motosikleti dayandırıb.

Görüntülərdə “Lexus”un sürücüsünün avtomobillə motosiklet sürücüsünün ayağının üstündən keçdiyi görünür. Daha sonra maşından düşərək ona hücum edir və təhqir edir.

Hadisə ilə bağlı jurnalist Həbib Müntəzir facebook səhifəsində paylaşım edib. Bidirib ki, avtomobilin sürücüsü Dadaşov Sultan Tofiq oğludur. O, 2 il əvvəl Prezident İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.




 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*