Bakıda mağazada satıcıya hücum edən şəxs zərərsizləşdirildi – FOTObackend

Bakıda mağazada satıcıya hücum edən şəxs zərərsizləşdirildi - FOTO

Bakıda 42 yaşlı kişi “Bazarstore” mağazasına bıçaqla basqın edib.

KONKRET.az-ın məlumatına görə, hadisə bu gün saat 18:50 radələrində, paytaxtın Suraxanı rayonu, Malik Mustafayev və Elxan Həsənov küçəsinin kəsişməsində yerləşən ünvanda qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü Tamin Məmmədov “Bazarstore” mağazasına daxil olaraq satıcını bıçaqla hədələyib, kassadan pul tələb edib. Bu zaman həmin ərazidə olan Suraxanı Rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin (PPX) əməkdaşlarının çağırış üzrə hadisə yerində çevik tədbirləri nəticəsində T.Məmmədov saxlanılıb.

Daha sonra T.Məmmədov 31-ci Polis Bölməsinə təhvil verilib.

Fakt üzrə araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*