Bakıda marşrut avtobusları toqquşdu – 4 yaralıbackend

Bakıda marşrut avtobusları toqquşdu - 4 yaralı

Bu gün Bakı şəhər Xocəsən şosesində avtobusların iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, saat 09:25 radələrində Xocasən şosesinin Binəqədi rayonu ərazisindən keçən hissəsində iki sərnişin avtobusu toqquşub.

Belə ki, “İsuzu” markalı avtobus eyni istiqamətdə qarşıda sərnişin mindirmək üçün dayanan eynimarkalı avtobusa çırpılıb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb, ölüm və ağır xəsarət halı yoxdur.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*