Bakıda marşrut avtobusu ilə yol polisi avtomobili toqquşub.
KONKRET.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində baş verib.
60 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı avtobusla DYP-yə məxsus “BMW” markalı xidməti avtomobil toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə, xüsusilə yol polisinin xidməti maşınına ciddi ziyan dəyib.
Xoşbəxtlikdən ağır xəsarət alan olmayıb.

