Bakıda maskalı şəxs məktəblini oğurlamaq istədibackend

Bakıda maskalı şəxs məktəblini oğurlamaq istədi

Paytaxtda uşaq oğurluğuna cəhd etmək istəyən şəxs peyda olub.

KONKRET.az xəbər verir ki, hadisə ötən gün Ramana ərazisində baş verib.

Məsələ ilə bağlı  bildirilib ki, məktəblini oğurlamaq istəyən şəxsi görən ətrafdakı vətəndaşlar reaksiya göstərib.

Oğlan bu sayədə qaça bilib. Oğru isə qorxub ərazini tərk edib.

Məktəblini oğurlamaq istəyən şəxsin görüntüsü təhlükəsizlik kameralarına düşüb.

Uşağın atası Seyidov Kamil Milli.Az-a bildirib ki, onun 14 yaşı var, o, özü qaçaraq məlumat verib. Hazırda polis idarəsindədirlər, araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*