Bakıda maskaya görə sürücünü vuran sərnişin üzr istədi – VİDEO – YENİLƏNİBbackend

Bakıda maskaya görə sürücünü vuran sərnişin üzr istədi - VİDEO - YENİLƏNİB

İctimai nəqliyyatda sürücüyə qarşı xuliqanlıq hərəkətləri törətməkdə şübhəli bilinən Anar Nehmətli üzr istəyib. 

Bakı şəhər BPİ Mətbuat Xidmətindən KONKRET.az-a verilən məlumata görə, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Abeşeron rayon sakini, 1993-cü il təvəllüdlü Anar Nehmətli  saxlanılıb.

Qeyd olunan hərəkətlərdə xırda xuliqanlıq, polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə fakta görə İnzibati Xətalar Məcəlləsinin 510, 535-ci maddələri ilə onun barəsində toplanmış materiallar baxılması üzrə Nərimanov rayon məhkəməsinə göndərilib.

***

10:06
Bakıda 13 nömrəli marşrut avtobusunda ondan maska taxmasını tələb edən sürücünü vuran sərnişin saxlanılıb.

KONKRET.az xəbər verir ki, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon, Masazır qəsəbə sakini Anar Nehmətli saxlanılıb.

O, iki maddə ilə ittiham olunur. Gün ərzində onun barəsində qərar verilməsi üçün materiallar məhkəməyə göndəriləcək. A.Nehmətlinin saxlanılması barədə məlumatı Bakı BPİ-nin Mətbuat xidməti təsdiqləyib.

Bildirilib ki, bununla bağlı ictimaiyyətə geniş məlumat veriləcək./Qafqazinfo/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*