Bakıda mənzillərin qiyməti “od tutub yanır” – Ev almaq  niyə əlçatmazdır? – ÖZƏL AÇIQLAMAbackend

Bakıda mənzillərin qiyməti “od tutub yanır” – Ev almaq niyə əlçatmazdır? – ÖZƏL AÇIQLAMA

Mənzil almaq hər kəsin ən böyük arzularından biridir. Təəssüf ki, heç də hər kəs bu arzusunu reallaşdıra bilmir. Son dövrlərdə isə mənzillərin qiymətinin günü-gündən bahalaşması vəziyyəti ümumiyyətlə çətinləşdirib. Həm alıcılar, həm də satıcılar qiymətlərin baha olmasından şikayət edir.

Bəs görəsən, Bakıda mənzil almaq niyə əlçatmaz arzuya çevrilib? Qiymətlərin günbəgün bahalaşmasının səbəbi nədir?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı cavablandırıb. O bildirib ki, mənzil bazarında qiymətlər bazar münasibətləri əsasında formalaşır: “Son dövrlərdə biz yeni tikilən mənzillərin qiymətlərində kəskin artım müşahidə edirik. Bu da təbii ki, tikinti xərclərinin və materialların qiymətləri ilə bağlıdır. Qiymət artımları eyni zamanda inzibati tədbirlərlə də əlaqədardır. Mənzillərin qiymətinin bahalaşması bazar münasibətlərindən qaynaqlandığı üçün dövlət tərəfindən tənzimlənmir. Qiymətlər sahibkarlar, fiziki şəxslər və yaxud mülkiyətçilər tərəfindən təyin olunur. Bu mənada qiymətlərin bahalığından şikayət etmək olar. Amma qiymətlərin tənzimlənməsi yaxud aşağı salınması ilə bağlı hansısa alətlərdən, inzibati məsələlərdən istifadə məsələsi mümkün deyil”.

200 minlik Lexus ilə işə gəlirlər" - RAMİL OSMANLI | ENA.az

R.Osmanlı qeyd edib ki, bütün bunlar bazarda alıcılıq qabiliyyətini aşağı salır: “Alıcılıq qabiliyyətinin aşağı düşməsi adambaşına düşən ÜDM-in həcminin az olması ilə bağlıdır. Orta aylıq əməkhaqqının aşağı səviyyədə olması da alıcılıq qabiliyyətinə təsir edir. Bu elə bir məsələdir ki, üç-beş ilə həll oluna bilməz. Bunun üçün müəyyən müddət vaxt lazımdır. Ölkədə müəyyən bazar alətlərindən istifadə etməklə mənzil sahibi olan insanlar var. Bu da ümumi əhali üçün əlçatan deyil deyə bəzi narazılıqlara səbəb olur. Zonalaşma prinsipi ilə baxsaq, ən yüksək qiymətlər Bakının mərkəzindədir. Bu ərazilərdə yerləşən mənzillərin qiyməti əlçatmaz bir həddədir. Kənar zonalara getdikcə qiymətlər tədricən ucuzlaşır. Məsələn, “Yeni Yasamal”, “Həzi Aslanov”, “Əhmədli” metrolarına yaxın olan mənzillərin qiyməti əvvəllər ucuz idi. Artıq bu ərazilərdəki mənzillərin də qiyməti bahalaşıb. Qeyd etdiyim ərazilərdə mənzilin bir kvadratmetri 1000 manatdan bahadır. Məsələn, Xırdalan, Masazır kimi ərazilərdə isə mənzilin kvadratmetri 1000 manata yaxındır. Bu da onu deməyə əsas verir ki, qiymətlər ilbəil bahalaşır. Tikinti materiallarının bahalaşması və əmək bazarındakı vəziyyət qiymətləri artırır. Təəssüf ki, bu tendensiyanın qarşısını almaq mümkün deyil”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*