Paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospektində yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə BAKU.WS-in “qaynar xətti”nə məlumat daxil olub.
Hadisə motosikletlə minik avtomobilinin toqquşması nəticəsində baş verib.
Toqquşmadan sonra motosiklet sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yaxınlıqdakı sərnişin avtobusunun altına düşüb.
Sürücünün yüngül xəsarətlə qəzadan qurtulduğu bildirilir.