Bakıdakı 123 nömrəli tam orta məktəb şagirdin ölüm hadisəsi ilə bağlı şok təfərrüat məlum olub.
Hadisə keçən il baş verməsinə baxmayaraq yeni detallar məlum olub.
KONKRET.AZ xəbər verir ki, məktəbin stadionunda futbol oynayan XI b sinif şagirdi Lətifov İlkin Mehman oğlu sinif yoldaşı ilə dava edərkən ciyərləri dağılıb.
Şagirdin atası Amil Xəlilin təqdimatında Space TV-də yayımlanan “Gəl dərdini danış” verilişində ilkin olaraq oğlunun döyülməsinin məktəb direktoru tərəfindən gizlədiliyini bildirib. O, bildirib ki, oğlu məktəb şagirdi tərəfindən vurulub zədələndiyi halda, onun yalandan futbol oyunu zamanı yıxıldığını bildiriblər.
İlkin 23 gün komada qaldıqdan sonra dünyasını dəyişib.
Sonradan vəfat edən şəxslərin qohumlarının araşdırmasından məlum olub ki, orta məktəb şagirdi 3 nəfər tərəfindən döyülüb öldürülüb.
Hadisə ilə bağlı ətraflı təfərrüatı və videonu təqdim edirik:
