Bakıda park yanır – YENİLƏNİBbackend

Bakıda park yanır - YENİLƏNİB

Bakıda parkda baş verən yanğın söndürülüb.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən Ramiz Aboyev adına mədəniyyət və istirahət parkında istifadə olunmayan 340 m² sahədə olan tikilinin 100 m² sahəsi yanıb.

Yanğın yanğınsöndürən qüvvələri tərəfindən söndürülüb.

***

14:36
Bakıda park yanır.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən Ramiz Aboyev adına mədəniyyət və istirahət parkında qeydə alınıb.

Belə ki, park ərazisində yerləşən mədəniyyət və iaşə obyektində yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*