Bakıda parkda gecələyən ailə ilə bağlı rəsmi açıqlama – VİDEObackend

Bakıda parkda gecələyən ailə ilə bağlı rəsmi açıqlama - VİDEO

Ötən gecə Bakının Suraxanı rayonu ərazisində nənə, qızı və 3 nəvəsinin parkda gecələməsini əks etdirən görüntülər yayılıb.

KONKRET.az xəbər verir ki, videoda yaşlı qadının qızını göstərək onun onkoloji xəstəlikdən əziyyət çəkdiyini deməsi görünür. Görüntülərdə onun nəvəsi olan 3 azyaşlının söhbətgahdakı skamyalarda gecələdiyi də əks olunub. Qadının sözlərinə görə onlar kirayə yaşadıqları mənzildən çıxarılıblar və Suraxanıdakı Neftçilər parkında gecələməyə məcbur olublar.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı Nurlan Əliyev Qafqazinfo-nun soruğusuna cavab olaraq bildirib ki, parkda gecələyən şəxslər aidiyyəti üzrə yerləşdirilib:

“Suraxanı RPİ 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən zəruri tədbirlər görülüb. 1 nəfərin müalicə almaq üçün müvafiq xəstəxanaya, azyaşlıların isə aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birlikdə sığınacağa yerləşdirilməsi təmin olunub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*