Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanıldı, bir nəfər yaralandıbackend

Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanıldı, bir nəfər yaralandı

Bakıda polis əməkdaşlarının “saxla” əmrinə tabe olmayıb qaçan narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətindən KONKRET.az-a bildirilib ki, sentyabrın 24-də saat 03:44 radələrdində Yasamal rayonu, Z.Əhmədbəyov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərin olduğu dövlət qeydiyyat nişanı 77-XS-413 “Toyota Prius” markalı avtomobilə polis əməkdaşları tərəfindən “saxla” işarəsi verilib. Polisin qanuni tələblərinə məhəl qoymaraq hərəkətini davam etdirən avtomobil Nəsimi rayonu ərazisində maneyə dəyərək dayanıb, nəqliyyat vasitəsində olan şübhəli şəxslər polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa cəhd ediblər.

Polis əməkdaşları tərəfindən xidməti tabel silahı ilə xəbərdarlıq atəşi açılmaqla, əvvəllər məhkum olunmuş – 1991-ci il təvəllüdlü İsmayılov Bəxtiyar, 1980-ci il təvəllüdlü Əjdərov Əjdər saxlanılıblar.

Ayağından xəsarət alan Ə.Əjdərov xəstəxanaya yerləşdirilib.

Avtomaşında satış məqsədilə daşınan müxtəlif çəkilərdə qablaşdırılan herion, pisixotrob maddə olan metamfetamin, güclü təsiredici edən dərman peraparatları aşkarlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.İstintaq hərəkətləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*