Bakıda polislə vətəndaş arasında qarşıdurma: Pəncərələrdən polislərə zibil atdılar – VİDEObackend

Bakıda polislə vətəndaş arasında qarşıdurma: Pəncərələrdən polislərə zibil atdılar - VİDEO  

Bakıda vətəndaş polislərə müqavimət göstərib.

KONKRET.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Hələlik məlum olmayan bir səbəbdən polis bir nəfəri saxlayaraq bölməyə aparmaq istəyib. Lakin, o polislərə müqavimət göstərdiyi üçün qarşıdurma yaranıb. Bina sakinləri də həmin şəxsə dəstək verərək pəncərələrdən polislərə müxtəlif əşyalar atıblar.

Çətinliklə də olsa zərərsizləşdirilən şəxs bölməyə aparılıb.

Saxlanılan şəxsin hansı qanun pozuntusuna yol verdiyi hələlik bilinmir.

olke.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*