Bakıda icazəsiz çölə çıxan qadın polisə yaxınlaşdı, polis isə görün nə etdi… – VİDEObackend

Bakıda icazəsiz çölə çıxan qadın polisə yaxınlaşdı, polis isə görün nə etdi... – VİDEO  

Xəbər verdiyimiz kimi, ölkədə tətbiq olunan xüsusi karantin rejimi həftəsonu sərtləşdirildi və insanların iki gün ərzində çölə çıxmasına qadağa qoyuldu.

KONKRET.az xəbər verir ki, bu qadağalardan sonra bəzi vətəndaşların karantin qaydalarını pozması fonunda ortaya fərqli görüntülər çıxdı. Yayılan görüntülər arasında ən maraqlısı isə polisin küçəyə icazəsiz çıxan vətəndaşa yardım etməsi olub.

Belə ki, orta yaşlı bir xanım polisə yaxınlaşaraq bacısının dünyasını dəyişdiyini deyib və yas yerinə getmək üçün “102” xidmətindən icazə almadığını bildirib. Polis əməkdaşları isə qadını cərimələmək əvəzinə ona yardım ediblər. Belə ki, qadını öz xidməti avtomobilləri ilə yas məclisi keçirilən yerə aparıblar.

Görüntülər sosial şəbəkələrdə yayılıb və böyük marağa səbəb olub.

  • Zamina Elturan
    İyun 7, 2020 - 17:47

    Kövrəldim.Hələ İNSANLAR varmış!Yaşamağa dəyər!Əhsən SİZLƏRƏ!!!

  • Aqahüseyin
    İyun 7, 2020 - 19:43

    Əlbəttə ya xşılar hər yerdə və həmişə var.Mən maska tapa bilməmişdim,poçta isə mskasız buraxmırdılar vəziyyəti başa saldım.Polis əməkdaşı bir 50 addımləqdakı maşınından gedib maska gətirdi təqdim elədi.Hadisə Cəlilabad rayonunda baş verib.O polisin timsalında bütün yaxşı polis oqullarımımıza təşəkkür edirəm!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*