Bakıda qadın stəkanla döyüldübackend

Bakıda qadın stəkanla döyüldü

Bakının Xəzər rayonunda 38 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib.

KONKRET.az xəbər verir ki, hadisə Xəzər rayonu, Xaşa-Xuna bağlar massivində onların birgə yaşadıqları evdə baş verib.

Masallı rayon sakini, 1988-ci il təvəllüdlü Yalçın Xaşa-Xuna bağlar massivində yerləşən nömrəsiz fərdi evdə qeyri-rəsmi münasibətdə olduğu Zahirə (adlar şərtidir – red.) ilə mübahisə edib.

Aralarında baş vermiş mübahisə zəminində qəsdən arvadının sifət nahiyəsinə şillə ilə bir dəfə, masanın üzərindən götürdüyü stəkanla baş nahiyəsinə bir dəfə vurub.

Faktla bağlı Yalçının barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Məhkəmə araşdırması zamanı onların barışması məlum olub. Zərərçəkmiş qadın təqsirləndirilən şəxsə qarşı şikayətçi olmadığını elan edib.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət işi üzrə icraata xitam verilib.\\demokrat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*