Dünən axşam saatlarında iki azyaşlı övladı ilə özünü beşinci mərtəbədən atan qadınla bağlı bəzi detallar məlum olub.
KONKRET.az xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış kompleksində baş verib.
Məlum olub ki, qadın intihara cəhddən əvvəl qayınanası ilə mübahisə edibmiş.
Özünü evin eyvanından atan 1997-ci il Aytən Abbasova Marif qızı və 4 yaşlı Sofiya Abbasova xəstəxanaya yerləşdiriliblər.
Hadisə nəticəsində 3 yaşlı Sara Abbasova dünyasını dəyişib.
İntiharın dəqiq səbəbi bilinmir. Faktla bağlı araşdırma aparılır.
Qeyd olunub ki, qadının əri Rusiyada yaşayır.
Daha ətraflı Baku TV-nin süjetində:
***
08:56
Bakının Yasamal rayonunda intihar qeydə alınıb.
KONKRET.az xəbər verir ki, hadisə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksi layihəsinin 2-ci mərhələsində olan binalardan birində baş verib.
Belə ki, 28-ci binada 1997-ci il təvəllüdlü Abbasova Aytən Maarif qızı övladları – 2018-ci il təvəllüdlü Abbasova Sofiya Suslan qızı və 2020-ci il təvəllüdlü Abbasova Sara Suslan qızı ilə birgə, binanın beşinci mərtəbəsindən özünü atıb.
Hadisə nəticəsində 2 yaşlı Sara Abbasova ölüb. Ana və onun 4 yaşlı övladı ağır xəsarətlərlə 1 nömrəli xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, A.Abbasovanın həyat yoldaşı Rusiyada yaşayır. Aytən övladları ilə birgə qaynanası ilə kirayədə yaşayırmış.
