Bakıda qaydaları pozan sürücü 30 sutka həbs edilibbackend

Bakıda qaydaları pozan sürücü 30 sutka həbs edilib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən dövlət qeydiyyat nişanı olmayan və xüsusi səs siqnalı ilə təchiz edilmiş “Tofaş” markalı, 77-MQ-054 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi saxlanılıb.

KONKRET.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin məlumatına görə, sürücü Tərlan Əliyevin sənədləri yoxlanılarkən onun davranışları şübhə doğurduğundan tibbi müayinəyə göndərilib. Müayinə nəticəsində onun narkotik vasitə qəbul etdiyi müəyyən edilib.

Faktla bağlı sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib olunaraq iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə T.Əliyev 30 sutka inzibati qaydada həbs edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*