Bakıda “Shacman” “Mercedes Vito” ilə toqquşdu: 3 ölü, 6 yaralı – FOTOLARbackend

Bakıda “Shacman” “Mercedes Vito” ilə toqquşdu: 3 ölü, 6 yaralı - FOTOLAR

Hava limanı-Bilgəh yolunda yol-nəqliyyat hadisəsi baş verib. 

KONKRET.az xəbər verir ki, hadisə zamanı “Shacman” markalı yük maşını ilə “Mercedes Vito” markalı nəqliyyat vasitəsi toqquşub.

İlkin məlumata görə, “Mercedes Vito” yol-hərəkəti qaydasını pozaraq yük maşınının qarşısına keçib. Bundan sonra idarəetməni itirən “Shacman” sözügedən nəqliyyat vasitəsini bir neçə metr kənara atıb.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, Mərdəkan yolunda baş verən avtoqəza nəticəsində daxil olan çağırış əsasında hadisə yerinə 5 təcili Tibbi Yardım Briqadası göndərilib. 3 nəfər (1 qadın, 2 kişi) hadisə yerində dünyasını dəyişib, 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıblar./qafqazinfo/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*