Hava dəyişdi: Paytaxta güclü leysan və dolu yağır – VİDEObackend

Hava dəyişdi: Paytaxta güclü leysan və dolu yağır - VİDEO

Paytaxt Bakıda axşam saatlarında hava şəraiti kəskin dəyişib. Bir neçə dəqiqə bundan əvvəl şəhərin müxtəlif istiqamətlərində şiddətli yağışla müşayiət olunan dolu qeydə alınıb.

KONKRET.az xəbər verir ki, qəfil başlayan təbiət hadisəsi xüsusilə şəhərin mərkəzi hissələrində və bəzi ətraf qəsəbələrdə daha kəskin müşahidə olunur. Sakinlərin verdiyi məlumata görə, bəzi ərazilərdə dolunun ölçüsü kifayət qədər böyükdür.

Hazırda davam edən qeyri-sabit hava şəraiti nəticəsində küçə və prospektlərdə su yığınlarının yarandığı, nəqliyyatın hərəkətində çətinliklərin ortaya çıxdığı bildirilir. Sürücülərə görünüş məsafəsinin azalması və yolların sürüşkən olması səbəbindən ehtiyatlı olmaq tövsiyə edilir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*