Bakıda “Toyota” markalı iki avtomobil yandıbackend

Bakıda "Toyota" markalı iki avtomobil yandı

Bakıda “Toyota” markalı iki avtomobil yanıb.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Yasamal rayonunda “Toyota” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa paytaxtın Nizami rayonunda “Toyota” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*