Bakıda Türkiyə ilə yanaşı Pakistan bayraqları da asıldıbackend

Bakıda Türkiyə ilə yanaşı Pakistan bayraqları da asıldı

Azərbaycan ictimaiyyəti və paytaxt sakinləri hərbi əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun uğurlu irəliləməsini çox sevinclə qarşılayırlar. Elan edilmiş hərbi vəziyyətə və komendant saatına baxmayaraq, sakinlər axşam saatlarında eyvanlardan qələbə şüarları səsləndiriblər.

Bununla yanaşı, Azərbaycan ictimaiyyəti Azərbaycanın haqq işini dəstəklədiyinə görə Türkiyə və Pakistana da sevgilərini gizlətmirlər. Paytaxtın bütün mərkəzi küçələrində Azərbaycanın, eləcə də qardaş Türkiyə ilə Pakistanın bayraqları asılır. Bu aksiya tarixin çətin saatında Azərbaycana dəstək olan ölkələrə sonsuz minnətdarlıq hissinin ifadə formasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*