Bakıda 12 yaşlı epilepsiya xəstəsi olan uşaq üçün alınan dərman saxta çıxıb.
KONKRET.az xəbər verir ki, bu barədə uşağın nənəsi Şövkət Məmmədova “Xəzərxəbər”ə açıqlamasında deyib.
“Dərmanı qəbul etdikdın sonra uşağın halı pisləşib və öyüməyə başlayıb. Uşaq 10 saat əvvəl qəbul etdiyi dərmanı olduğu kimi qaytarıb”, – Ş.Məmmədova bildirib.
Sahə həkimi Nadejda Kazımova isə bildirib ki, uşağa verilən dərman əslində rezin olub.
Səhiyyə Nazirliyi məsələni nəzarətə götürüb.
