Bakıda və bölgələrdə qeyri-sabit hava şəraiti davam edir – FAKTİKİ HAVAbackend

Bakıda və bölgələrdə qeyri-sabit hava şəraiti davam edir - FAKTİKİ HAVA

Bölgələrdə arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.

Bu barədə KONKRET.az-a Milli Hidrometeorologiya Xidməti tərəfindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı aylıq normanın 22-40%-ni təşkil edib.

Xidmət rəsmisi Gülnarə Abbasova bildirib ki, gecə saat 03:00-da Göygöl rayonu Üçtəpə kəndinə dolu düşüb.

“Bu gün bölgələrdə hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimal olunur. Hazırda şərq küləyi əsir”.

G.Abbasovanın sözlərinə görə havanın temperaturu Aran rayonlarında 30-35 dərəcə isti, dağlıq rayonlarda 17-22 dərəcə isti təşkil edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*